29 Avqust 2019 11:33
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda azyaşlı qıza təcavüz edən Samir Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com-un xəbərinə görə, Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra qapalı iclasda ifadə verən Samir Cavadov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib

Qeyd edək ki, Abşeron rayon sakini Samir Cavadovun barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Məlum olub ki, Samir Cavadov yaşadığı ərazidə qonuşlarının 14 yaşına çatmayan qızı Səidə Vəliyevaya (ad və soyad şərti verilib – red.) qarşı bir neçə dəfə əxlaqsız hərəkətlər edib.

Samir Cavadov onunla cinsi əlaqədə olub, digər seksual xarakterli hərəkətlər edib.

Hüquq-mühafizə orqanlarına edilən şikayətdən sonra Samir Cavadov həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər