29 Avqust 2019 11:55
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iş adamı Barat Abdullayevin keçmiş həyat yoldaşı Təyminə Yusifovanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlanıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 30-na təyin edilib.

Təyminə Yusifova Cinayət Məcəlləsinin 296.2-ci (bilə-bilə yalan xəbərçilik etmə, eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddəsi ilə ittiham edilir.

Məlumata görə, daha əvvəl Təyminə Yusifovanın şikayətindən sonra "Falçı Səkinə" adlı Səkinə İsmayılova həbs edilib və o, dələduzluqda təqsirli bilinib.

Təyminə Yusifova da həmin işdə zərərçəkmiş qismində tanınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səkinə İsmayılova bəraət alıb.

Bakı Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.

Daha sonra Səkinə İsmayılova Təyminə Yusifovanı məhkəməyə verib. O, Təyminə Yusifovanın bilə-bilə yalan xəbərçilik etmədə ittiham edib.

Qeyd edək ki, Təyminə Yusifova (daha əvvəl soy adı Abdullayeva) 2016-cı il iyunun 21-də polis əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində heç yerə getməmək bağlı iltizam tədbiri seçilib.

Təyminə Yusifova barəsində cinayət işi keçmiş həyat yoldaşı (həmin vaxt evli olublar), biznesmen Barat Abdullayevin şikayəti əsasında başlanlıb.

Belə ki, Barat Abdullayev şikayətində bildirib ki, keçmiş arvadı Təyminə Yusifova ilə birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək məqsədilə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırmaqla əldə edib.

Bundan sonra həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərərək, ona 890 min manat məbləğində ziyan vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təyminə Yusifova 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Təyminə Yusifova Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı ilə əfv olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər