30 Avqust 2019 11:00
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş V.Rəhimlinin məhkəmə aktlarından verdiyi şikayətinə baxılıb və icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayət üzrə işə Konstitusiya Məhkəməsi Plenumunun oktyabr ayının 4-nə təyin edilmiş iclasında baxılacaq.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər