Sentyabrın 3-də Rusiyanın Nefteyuqansk şəhərində Çeuskinski kanalı yaxınlığında üzərində çoxsaylı kəsilmiş-deşilmiş yaraları olan kişi meyiti aşkar edilib.
Teleqraf.com xəbər verir ki, qətlə yetirilən şəxs 26 yaşlı Azərbaycan vətəndaşı Məhəmməd Quliyevdir.
Bir gün öncə qohumları Məhəmmədin itkin düşməsi barədə polisə müraciət ediblər.
Baş vermiş hadisə ilə bağlı Rusiyada cinayət işi açılıb. İsti izlərlə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı Nefteyuqansk şəhər sakini saxlanılıb.
Cinayətin tamah məqsədilə törədildiyi ehtimal edilir.