6 Sentyabr 2019 13:27
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda banka saxta avro təqdim edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, sentyabrın 5-də Yasamal rayonu ərazisindəki bankların birinə 200 avroluq saxta əskinas təqdim edən şəxs orada xidmət aparan Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb.

27-ci polis bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini F.Muqbilov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər