İsmayıllıda meşədə çəkisi iki tondan artıq çətənə kolu becərilib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası, satışı ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Qalınçaq kənd sakini 26 yaşlı Vüqar Fətəliyev saxlanılıb.
V. Fətəliyevdən Qalınçaq kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilərə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi 1527 ədəd çətənə kolu, ümumi çəkisi 20 kq-a yaxın olan çətənə bitkisinin hissələri, eləcə də həmin narkotik tərkibli bitkilərdən yığaraq əldə etdiyi 2 kq 800 qr qurudulmamış və üç kq-dan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
V. Fətəliyev ifadəsində narkotik tərkibli bitkiləri aprel ayında əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.
Faktla bağlı araşdırma aparılır.