15 Sentyabr 2014 09:44
447

Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Sevinc Hüseynovanın evindən 600 manatını və qızıl əşyalarını oğurlanıb. Sevin Hüseynova oğurluq hadisəsinin baş verməsi ilə bağlı 2-ci polis bölməsinə şikayət edib.

O, bildirib ki, bir neçə gün əvvəl tanışı Rasim Şahmardanov evindən oğurluq edib. Onun şikayəti əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Rasim Şahmardanov tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...