13 Sentyabr 2019 13:00
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, daxil olmuş məlumat əsasında Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini Naim Süleymanov saxlanılıb.

Onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 33 qram olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Şirvan şəhər polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov