16 Sentyabr 2019 13:10
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunda silah-sursatın aşkar olunması ilə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Füzuli rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də saat 21 radələrində Bala Bəhmənli kəndi ərazisində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş M.Qasımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil saxlanılıb.

Baxış zamanı avtomobildən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 3 ədəd patron, 1 ədəd uzaqgörmə cihazı və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov