17 Sentyabr 2019 13:50
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən Mehman Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Mehman Süleymanovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilib. Ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, zərərçəkmiş Əfsanə Məmmədova ifadəsində zərərçəkmişlə barışdığını, onu bağışladığını, şikayət və tələbinin olmadığını deyib.

İttihama görə, hadisə Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivində qeydə alınıb.

1986-cı il təvəllüdlü Əfsanə Məmmədova əri Mehman Süleymanov tərəfindən bıçaqlanıb.

Döş qəfəsindən daxilə nüfuz edən ağır xəsarət alan 33 yaşlı qadın Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin səyi nəticəsində qadının həyatını xilas etmək mümkün olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Mehman Süleymanov saxlanılıb.

Xatırladaq ki, cütlüyün üç azyaşlı övladı var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər