18 Sentyabr 2019 09:55
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Baş Polis İdarəsi futbolçu Mahir Emrelinin evini talamaqda şübhəli bilinən şəxslərin tutulması barədə məlumat yayıb.

İdarədən Teleqraf.com-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Kriminalistik Tədqiqatları İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, RPİ-nin Kriminal Tədqiqatlar qrupu və 40-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilən 2003-cü il təvəllüdlü Nicat Vəliyev və əvvəl məhkum olunmayan 2005-ci il təvəllüdlü Anar Mahmudov tutulublar.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələrilə cinayət işi başlanılıb. Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması, vətəndaşa dəyən maddi ziyanın ödənilməsi üçün üçün istintaq hərəkətləri davam etdirilir.

Şübhəli şəxslərin digər talama cinayətlərində iştirakı istisna edilmir.

Şübhəli şəxslərin əməllərindən zərər çəkən varsa, polisə məlumat vermələri tövsiyyə olunur.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov