Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə "28 May" metrostansiyası yaxınlığında qeydə alınıb.
1992-ci il təvəllüdlü Məmmədov Rəşad Namiq oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.