15 Sentyabr 2014 15:19
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonu ərazisində quldurluq cinayəti baş verib.

Bu barədə Teleqraf.com-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Vüsal Məmmədovu döyərək mobil telefonunu alıblar. Cinayəti törədən şəxslər hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri - Beyləqan rayon sakini Mehman Orucov tutulub. Hazırda digər şəxsin tutulması üçün tədbirlər davam etdirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər