19 Sentyabr 2019 12:25
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 18-də Astara rayon polis şöbəsinə Məcitməhəllə kəndi ərazisində İran vətəndaşının dövlət sərhəddini pozduğuna görə saxlanılarkən mühəndis texniki çəpərdən bir nəfərə bağlama atması barədə Dövlət Sərhəd Xidmətindən məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Astara rayon polis şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində qısa müddətdə həmin şəxsin Astara şəhər sakini D.Hüseynov olması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla D.Hüseynovun həmin bağlamanı saxlamaq üçün həmyerlisi B.Əliyevaya verməsi müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Əliyevanın yaşadığı evin həyətinə baxış zamanı oradan torpağa basdırılıb, içərisində 2,5 kiloqram heroin olan bağlama aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov