15 Sentyabr 2014 16:10
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yol qəzasına düşən şəxs 53 gündən sonra dünyasını dəyişib.

Bu barədə Teleqraf.com-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, bu ilin iyul ayının 22-də Nərimanov rayonu Azadlıq prospektində ağır yol qəzası baş verib. Bakı şəhər sakini Namiq Məmmədov idarə etdiyi “Lexus” markalı avtomobillə paytaxt sakini Kamran Əliyevi vurub.

Kamran Əliyev xəstəxanaya yerləşdirilib. Uzun müddət ona tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, sentyabrın 14-də xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər