25 Sentyabr 2019 21:25
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan vətəndaşı Nadirə Qədirova AKP-nin İstanbul üzrə deputatı Şirin Ünalın evində özünü öldürüb.

Teleqraf.com xəbər verir ki, deputatın evində çalışan 23 yaşlı Nadirə Ünal ölümündən bir gün öncə rəfiqəsi Leylaya “Çox pis şeylər olur. Mən qardaşımın üzünə necə baxacam? Ölmək istəyirəm” deyə mesaj yazıb.

Nadirənin qardaşı Məhəmməd Əli Qədirov bacısının deputata aid tapança ilə özünü öldürdüyünü qeyd edib.

Hadisə baş verən zaman Şirin Ünal evdə olub. Millət vəkili insidentlə bağlı danışmaq istəməyib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər