Bakıda iki azyaşlı əkiz bacılara işgəncə verilib.
Bu barədə Oxu.Az-a Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 25-də polisə Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə yaşayan 34 yaşlı L.İ. ərizə ilə müraciət edib və göstərib ki, onunla qeyri-rəsmi yaşayan 1994-cü il təvəllüdlü Xəndan Ağazadə iyulun 25-dən bugünədək doqquz yaşlı Zümrüd və Yaquta işgəncələr verib.
Qadın işgəncə izlərini aşkarladıqdan sonra polisə müraciət etmək qərarına gəlib.
X.Ağazadə tutulub və ona qarşı CM-nin 133-cü maddəsi ilə (Əzab vermə) cinayət işi qaldırılıb.