Türkiyənin Antaliya şəhərində ər ondan boşanmaq istəyən qadını 14 yerdən bıçaqlayıb.
Teleqraf.com xəbər verir ki, Hilmi Yılmaz 15 illik həyat yoldaşı, iki uşaq anası olan Gülseren Yılmazı qətlə yetirib. Qatil ər cinayətdən sonra polisə təslim olub.
Şahidlərin ifadəsinə görə, qadın ailəsinə baxmadığı üçün ərini evə buraxmayıb. H.Yılmaz qapını qıraraq evə daxil olub və xanımını sürüyərək çölə çıxarıb. Hirsli ər əvvəlcə qadının başını kəsmək istəyib, amma G.Yılmaz ondan qaça bilib. Qatil ər Gülserenin ardınca qaçaraq ona 14 bıçaq zərbəsi vurub.