16 Sentyabr 2014 00:16
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 14-də gecə saat 22 radələrində Ağcabədi rayonunun Qaravəlli kəndində baş verən qəza zamanı xəsarət alanlardan daha iki nəfəri dünyasını dəyişib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, xəstəxanaya yerləşdirilən 1979-cu il təvəllüdlü Alıyev Kənan Vaqif oğlu və onun 9 yaşlı qızı Fərqanə Alıyevanın həyatını xilas etmək mümkün olmayıb. Ata və qızı sentyabrın 15-də günün sonuna doğru dünyalarını dəyişiblər.

Xatırladaq ki, sentyabrın 14-də Ağcabədi rayonunda 4 nəfərin ölümü, 6 nəfərin yaralanmasıyla nəticələnən yol qəzası baş vermişdi. BMW, “Mercedes” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində Kənan Alıyevin həyat yoldaşı Naibə Alıyeva və oğlu 7 yaşlı Fəqan Alıyev həyatlarını itirmişdi. Ailənin sağ qalan yeganə üzvü, 2009-cu il təvəllüdlü Alıyeva Gülçin Kənan qızının vəziyyətinin ağır olduğu bildirilir.


Müəllif: