Türkiyənin Izmir şəhərində evində yalnız yaşayan Tuğçe B., adlı qadın başından güllələnib.
Teleqraf.com xəbər verir ki, silah səsini eşidən qonşular dərhal polisə məlumat veriblər.
Yaralı halda xəstəxanaya aparılan Tuğçenin həyatını xilas etmək mümkün olmayıb.
Qətlin səbəbi açıqlanmır. Polis faktla bağlı araşdırma aparır.