Daxili işlər orqanları əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası və saxlanması ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz yolla əldə etməkdə şübhəli bilinən Mamırlı kənd sakini 1977-ci il təvəllüdlü Əli Həsənov saxlanılıb.
Onun kənd ərazisində icarə əsasında işlətdiyi kafeyə və evinin həyatyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 1 kiloqram 124 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.