16 Sentyabr 2014 13:00
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunun Qayıdış-11 qəsəbəsində yaşayan qadına məxsus evdə qaz balonu partlayıb və yanğın baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 16-da saat 01 radələrində Füzuli rayonunun Qayıdış-11 qəsəbəsində yaşayan Şükufə Babayevaya məxsus 1 otaqlı evdə məişətdə istifadə edilən qaz balonu partlayıb və yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.

Yanğın söndürüldükdən sonra Ş.Babayevanın yanmış meyiti tapılıb.

Qeyd edək ki, Qayıdış-11 əsasən məcburi köçkünlərin məskunlaşdığı qəsəbədir.


Müəllif:

Oxşar xəbərlər