16 Sentyabr 2014 14:50
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rayon sakini Hüseyn Nadirov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Pakizə Heydərovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Daha bir yol qəzası Ağcabədi rayonunun Hacıbədəlli kəndində qeydə alınıb. Rayon sakinləri Nizami Qasımovun idarə etdiyi “T-28” markalı traktorla Elşən Qədimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub. E.Qədimov və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Zəkiyyə Əliyeva ölüb.

Hacı Zeynalov


Müəllif: