8 Oktyabr 19:13
1 134

Bakının Səbail rayonunda gecə klubunda işləyən bacısını öldürməkdə təqsuirli bilinən 2000-ci il təvəllüdlü Qalib Turabovun cinahyət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib.

Yaxın günlərdə cinayət işi üzrə məhkəmə başlnacaq.

Qeyd edək ki, Səbail rayonun Xəqani küçəsi 1 saylı ünvanda Füzuli rayonundan olan məcburi köçkün, 2000-ci il təvəllüdlü Qalib Turabov bacısı, 1998-ci il təvəllüdlü Pərvanə Turabovanı bıçaqlayıb.

Pərvanə Turabova aldığı xəsarətdən ölüb.

Məlum olub ki, Pərvanə Turabova ailə üzvləri ilə birlikdə Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yaşayıb. O, Səbail rayonunda yerləşən gecə klublarından birində xidmətçi işləyib.

Pərvanə ilə qardaşının arasında da mübahisə onun gecə klubunda işləməsi üstündə yaranıb.

Qalib Turabov bacısına gecə klubunda işləməməsini deyib. Pərvanə onun bu sözlərinə əhəmiyyət verməyib. Ötən gecə də Pərvanə gecə klubuna gəlib. Onu izləyən qardaşı da ora gəlib və gecə klubunun qarşısında bacı-qardaş arasında mübahisə yaranıb.

Mübahisə zamanı Qalib Pərvanəyə bir neçə bıçaq zərbəsi vurub. Pərvanə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olamyıb. O, xəstəxanada dünyasını dəyişib.

Qalib Turabov prokurorluq və polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

O, törətdiyi cinayəti etiraf edib.

İstintaq orqanı tərəfindən Qalib Turabovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov