10 Oktyabr 2019 10:51
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçmiş məhkumlardan külli miqdarda heroin aşkarlanıb.

Teleqraf.com-un xəbərinə görə, hadisə Xəzər rayon ərazisində baş verib.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən ayrı-ayrılıqda keçirilən əməliyyat tədbirləri zamanı paytaxt sakinləri, əvvəllər məhkum olunmuş şəxslər - 1986-cı il təvəllüdlü Ə.Ağayev, 1986-ci il təvəllüdlü İ.Hüseynov və 1992-ci il təvəllüdlü B.İsrafilov saxlanılıblar.

Onların üzərinə baxış keçirilən zaman Ə.Ağayevdən 245 qram heroin, İ.Hüseynovdan 200 qram heroin və B.İsrafilovdan isə 279 qram heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com