10 Oktyabr 2019 13:20
1 862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən oaytaxtda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, idarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini A.Allahverdiyev həbs edilib.

Onun Nərimanov rayonu ərazisindəki evinin zirzəmisindən 105 qramdan artıq metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov