10 Oktyabr 2019 23:55
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda kütləvi dava olub.

Teleqraf.com xəbər verir ki, hadisə Kür çayının kənarında baş verib. İlkin məlumatlara görə, insident zamanı 1990-cı il təvəllüdlü Əsgərov Məhəmmədəli Xəqani oğlu və 1996-cı il təvəllüdlü Əsgərov Toğrul Əli oğlu 1985-ci il təvəllüdlü Tağıyev Tariyel Sərdar oğlu tərəfindən bıçaqlanıblar.

Daha sonra sonuncu bıçaqla özünə bir neçə zərbə endirib. Hər üç yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

Hadisə yerinə Tovuz rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Tağıyev Tariyel Sərdar oğlunun müxtəlif maddələrlə bir neçə dəfə həbs olunduğu bildirilir.

Faktla bağlı araşdırma başlanılıb.


Müəllif: Teleqraf.com