11 Oktyabr 2019 16:16
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda külli miqdarda dələduzluqda ittiham edilən Rühəngiz Cəfərovanın cinayət işi üzrə məhkəmə propsesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Ruhəngiz Cəfərova 5 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Ruhəngiz Cəfərovanın himayəsində 9 yaşlı övladı olduğu üçün hökmün icrası uşağın 14 yaşına çatana qədər təxirə salınıb.

İttihama görə, Ruhəngiz Cəfərova həbsdə olan qardaşının işini həll edərək azadlığa çıxaracağı vədi ilə Rövşən Quliyevdən 162 min manat pul alıb.

Digər zərrəçəkmiş Mahirə Quliyevadan isə iş görmək adı ilə 50 min manat pul alıb.

İstintaq orqanı tərəfindən Ruhəngiz Cəfərovanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzlıq törətmək) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov