11 Oktyabr 2019 17:35
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Ağaməli Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Ağaməli Kərimovun 9 il 6 ay müddərtinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Bakıda baş verib.

Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Ağaməli Kərimov evində münaqişə zəminində qardaşı Ədili bıçaqla qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Kərimov saxlanılıb.

Ağaməli Kərimovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov