13 Oktyabr 2019 00:33
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayon sakini həmkəndlilərinə bıçaq xəsarəti yetirib.

Hadisə Böyük Kəngərli kəndində qeydə alınıb.

Kənd sakini Kamil Əmirxan oğlu Abışov münaqişə zəminində həmkəndliləri - 1972-ci il təvəllüdlü Quliyev Qiyas Ötərxan oğluna və 1990-cı il təvəllüdlü İbişov Hüseyn Əlihüseyn oğluna bıçaq xəsarətləri yetirib. Hər iki yaralı ətrafdakı insanların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.

Fakt araşdırılır./report/


Müəllif: Teleqraf.com