14 Oktyabr 2019 10:56
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi oktyabrın 12-dən 14-dək baş verən cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlayıb.

Teleqraf.com xəbər verir ki, 2 gün ərzində törədilən 41 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.


Müəllif: Hacı Zeynalov