14 Oktyabr 2019 12:47
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda silah-sursatın aşkar olunması ilə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovla məşğul olan Şəhadət kənd sakini R.Hacıyevdən müvafiq sənədləri olan “İJ-54” markalı tüfəng, 13 ədəd patron, 5 ədəd giliz, Göyçay şəhər sakini İ.Məlikovdan isə müvafiq sənədləri olan “Sent-Tite” markalı tüfəng, 10 ədəd patron, 1 ədəd giliz və 2 ədəd quş götürülüb.

R.Hacıyev və İ.Məlikov barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi ilə inzibati protokol tərtib edilib.


Müəllif: Hacı Zeynalov