14 Oktyabr 2019 13:22
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Abşeron rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə oktyabrın 12-də, gecə saat 4 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini K.Nəcəfova məxsus “İsuzu” markalı avtobus yandırılıb.

Nəticədə yanar konstruksiyalar yanıb, xəsarət alan olmayıb.

Avtobusu yandıran Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nəsirov könüllü olaraq Abşeron rayon Polis İdarəsinə gələrək istintaqa təslim olub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov