14 Oktyabr 2019 15:42
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, rayonunun Səbətlər kənd sakini A.İsmayılov Quba rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən 1198 manatın naməlum şəraitdə oğurlandığını bildirib.

Məlumatla əlaqədar rayon polis .öbəsində dərhal əməliyyat-istintaq qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib.

Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan miqdarda pulun ev sahibinin qardaşı, 20 yaşlı Taleh Qədirov tərəfindən oğurlandığı məlum olub.

İlkin dindirilmə zamanı T.Qədirov cinayət əməlini etiraf edib, qardaşı evdə olmadığı vaxtda oğurluğu törətdiyini bildirib. Oğurluq pullar isə maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Quba cinayət işi başlanılıb, araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov