14 Oktyabr 16:41
352

Bakıda gecə klubunda gənc qızlar arasında dava düşüb.

Hadisə Nəsimi rayonu, Bül-Bül prospektində yerləşən gecə klubunda baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü N.Qurbanova həmyaşıdı A.Qasımova ilə əlbəyaxa dava edib.

Dava klubdakı müştəri oğlana görə olub.

Hər iki qadın xuliqanlıqda şübhəli bilindikləri üçün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb./Report/


Müəllif: Teleqraf.com