15 Oktyabr 2019 13:38
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, 42-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan E.Əliyev saxlanılıb.

Onun həyətindəki qarajdan müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov