15 Oktyabr 2019 16:49
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda və rüşvət verməyə təhrik etmədə ittiham edilən 1967-ci il təvəllüdlü Eldar Yusifovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Eldar Yusifov tanışı Hüseyn Məmmədovdan külli miqdarda - 50 min pul alaraq vəzifəli şəxslərə verəcəyini və onun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyi vədini verib.

Hüseyn Məmmədov BDU-nun fəlsəfə müəllimdir.

İllərdir BDU-da çalışan Hüseyn Məmmədov bir müddət kafedra müdiri olub. Hüseyn Məmmədov rüşvət verdiyi üçün bu işdə zərərçəkmiş kimi yox, şahid kimi tanınıb. O, çıxışında təqsirləndirilənin azadlığa buraxılmasını istəyib.


Müəllif: Hacı Zeynalov