16 Oktyabr 16:02

Bakıda 1 milyon manatlıq dələduzluq etməkdə təqsirli bilinən Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyyam Nazim oğlu Balayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib.

Daha sonra çıxış etmək üçün prokurora söz verilib. Prokuror isə çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Bu səbəbdən növbəti proses oktyabrın 25-də davam edəcək.

Qeyd edək ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Yalçın Sabir oğlu Abdullayev ərizə ilə Nərimanov rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 2015-ci ilin yanvar ayında Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyyam Nazim oğlu Balayev onun etibarından sui-istifadə edərək 965 000 ABŞ dollarını alaraq qaytarmayıb.

İstintaq orqanı tərəfindən Xəyyam Balayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, Yalçın Abdullayev Beyləqan rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Abdullayevin qardaşı oğludur.

Yalçın Abdullayev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayəti işi üzrə də zərərçəkmiş şəxs qismində tanınıb.
İttihama görə, Mahirə Süleymanovanın sifarişi ilə Anti-terror Mərkəzinin keçmiş rəisi Elçin Quliyev tərəfindən təhdid olunub. 2015-cü ilin oktyabrın 8-də məni MTN-ə aparıb və 11 saat saxlıb. Onu İŞİD üzvü olmaqda ittiham ediblər.

Elçin Quliyev ondan tələb edib ki, Mahirənin borc müqabilində verdiyi 2 mənzili və maşını geri qaytarsın. O da mənzilləri geri qaytarıb.


Müəllif: Hacı Zeynalov