17 Oktyabr 16:50

"Aqrowest DC" MMC-nin əməkdaşı Cahandar İsgəndərova cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Cahandar İsgəndərov MMC-nin rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət etməsi nəticəsində həbs edilib. O, MMC-nin pulunu mənimsəyib.

"Aqrowest DC" MMC cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

İş materialı baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Fərid Əmirəliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 24-nə təyin edilib.

Qeyd edək ki, "Aqrowest DC" MMC qida və qeyri-qida məhsulları idxalı ilə məşğul olur.


Müəllif: Hacı Zeynalov