18 Oktyabr 10:58
226

«Space TV» də Amil Xəlilin «Gəl dərdini danış» verilişində ağlasığmaz anlar yaşanıb.

Teleqraf.com xəbər verir ki, verilişdə Xanımnisə adlı gəlinin əri tərəfindən vəhşiliyə məruz qaldığı bildirilib.

O, qeyd edib ki, əri onu hər gün döyürmüş: "7 aylıq hamilə idim. Mənə məcburi daş daşıtdırdı. 8 aylıq hamilə olanda uşağım dünyaya gəldi. Məni dəmir parçası ilə döydürü. Elə zülm edirdi ki, mən gedim evdən" - deyə Xanımnisə bildirib.

Əlindəki yanıq izlərini soruşduqda gəlinin cavab teleaparıcını dəhşətə gətirib.

«Bu əlimdə və qolumda olan izlər ütünün izidir. Ütü ilə yandırırdı məni.»

Biraz sonra qarşı tərəf verilişə qoşulub . Xanım nisənin əri kimi tanınan adam onunla evli olmadığını kafedə tanış olduğunu bildirib: "O kafe qızıdır. Kafedə xidmət göstərib. Mənim arvadım heç vaxt olmayıb".

İşgəncəyə mərüu qalan Xanımnisə indi övladı üçün yardım istəyir.

Həmin anları sizə təqdim edirik:


Müəllif: Teleqraf.com