19 Oktyabr 12:38

Sabirabadda keçmiş qayınatasının evindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əməliyyatı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də Çığırğan kəndindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin keçmiş kürəkəni, Şirvan şəhər sakini X.Əhmədov saxlanılıb.


Müəllif: Teleqraf.com