17 Sentyabr 2014 12:41
448

Bakının Qaradağ rayonunda meyit aşkar olunub.

Bu barədə Teleqraf.com-a Qaradağ rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun Ələt qəsəbəsinin dəniz çimərliyində qeydə alınıb. Bakı şəhər sakini Qalib Qulamovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...