22 Oktyabr 11:02
338

Bakıda bacısını təhqir edən şəxsi öldürməyə cəhd etməkdə ittiham olunan Elşən Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Telman Hüseynovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, bu ilin iyulun 21-də, saat 17 radələrində Xətai rayonu, Neapol küçəsindəki evin blokunda Elşən Məmmədov tanışı, 1987-ci il təvəllüdlü Fuad Hüseynovla mübahisə edib. Mübahisə zamanı o, Fuad Hüseynovun kürək və qarın nahiyəsinə bir neçə bıçaq xəsarəti yetirib.

"Azərsutikinti" xəstəxanasına yerləşdirilən Fuad Hüseynova vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, hadisədən əvvəl Elşən Məmmədov Fuad Hüseynovun bacısının ünvanına təhqiredici ifadələr işlədib. Bunu eşidən Fuad Elşənlə görüşüb və məsələni aydınlaşdırmaq istəyib.

Həmin vaxt onların sözləri çəp gəlib və sonda qanlı olay baş verib.

İstintaq orqanı tərəfindən Elşən Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov