22 Oktyabr 2019 11:52
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda külli miqdarda pul mənimsəməkdə və dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan “GünayBank”ın keçmiş sədr müavini Emin Zeynalov barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 29-na təyin olunub.

İstintaq orqanı tərəfindən Emin Zeynalova öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda dələduzluq etməkdə və mənəmisəmə ittihamı verilib. O, işlədiyi bankın müştərilərinin və banka aid pul vəsaitlərini mənimsəyib.

İstintaq sənədlərinə görə, Emin Zeynalov 44 milyon manat mənimsəməkdə ittiham olunur. Cinayət işi üzrə 18 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, Emin Zeynalov "BUSBank"ın (hazırkı "Kapital Bank") keçmiş rəhbəri Zakir Zeynalovun oğludur. Z.Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı (BUS) İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib.

Daha sonra “Finans Lizinq” ASC Müşahidə şurasının sədri vəzifəsində çalışıb.


Müəllif: Hacı Zeynalov