22 Oktyabr 2019 20:13
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə Binəqədi rayonu, Binəqədi şossesində baş verib. 1998-ci il təvəllüdlü Rüstəmov Allahverdi Ənvər oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin qarşısındakı yolda hərəkətdə olarkən yolu keçən Oğuz rayon sakini, 1959-cu il təvəllüdlü Həmidov Fərrux Fərman oğlunu vurub.

Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com