17 Sentyabr 2014 13:03
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində silahlı şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Laçın rayon sakini, əvvəllər məhkum olunmuş Yusif Hümbətov tutulub. Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 2 ədəd patron və 1 patron darağı götürülüb.

Hacı Zeynalov


Müəllif: