23 Oktyabr 2019 11:42
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Şirvan Milli Parkında ceyran ovlayan şəxslər saxlanılması ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyin mətbuat xidmətinin Şirvan Regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdikləri tədbir zamanı Şirvan Milli Parkında bir baş ceyran ovlamaqda şübhəli bilinən şəxslər tutulub.

Araşdırma nəticəsində bu cinayəti törədənlərin rayon sakinləri N.Həsənov, İ.Məmmədzadə və R.Əsədov olduğu müəyyən edilib.

Saxlanılan şəxslərdən 1 baş ovlanmış ceyran, 1ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi və 1ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.

Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov