23 Oktyabr 2019 13:57
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda dörd nəfərə qarşı dələduzluq edilib.

Teleqraf.com xəbər verir ki, Quba rayon polis şöbəsində rayon sakinləri olan 3 nəfəri aldadaraq dələduzluq yolu ilə onların ümumilikdə 41500 manatlarının alınması barədə daxil olub.

Məlumatlarla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Polis əməkdaşları tərəfindən dələduzluğu törətməkdə şübhəli bilinən İ.Xuraminicatın ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir qadını aldadaraq 1542 manatını alması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov