23 Oktyabr 2019 15:06
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda taksi sürücüsünə qarşı quldurluq edilib.

Teleqraf.com xəbər verir ki, hadisə oktyabrın 22-də, gecə saat 2 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsində baş verib.

3 nəfər A.İsmayılovu bıçaqla hədələyib, onun “VAZ-2107” markalı avtomobilini aparıblar.

Zərərçəkmiş baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edib.

Məlumatla əlaqədar dərhal Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan avtomobili idarə edən
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Əsgərov Sabunçu qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Polis əməkdaşları tərəfindən bu cinayət əməlini törətməkdə şübhəli bilinən digər 2 nəfərin də şəxsiyyətləri müəyyən edilib.

Üz və bədən nahiyəsindən xəsarət almış A.İsmayılov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov