17 Sentyabr 2014 14:25
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində yaşayış evindən oğurluq edən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də Xəzangül Hacıbalayevanın evindən qızıl əşyalar oğurlayan şəxs müəyyən edilib.

Bu, Sumqayıt şəhər sakini Anar Hacıbalayevdir. O, həbs edilib. Anar Hacıbalayev əvvəllərdə eyni əmələ görə, məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlayıb.

Hacı Zeynalov


Müəllif: